Ukrayna Xerson vilayətində Çeçenistan lideri Ramzan Kadırovun bazasına zərbələr endirib, çox sayda ölən var.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Teleqram kanalı məlumat yayıb.
Ukraynalı hərbçi Anatoli Stefanın sözlərinə görə, hücum nəticəsində 40 nəfər ölüb, 60-dan çox şəxs isə yaralanıb.
Qeyd edilib ki, Kadırovun döyüşçüləri məktəbdə məskunlaşmışdılar:
“Ukrayna Silahlı Qüvvələri artilleriya ilə dəqiq zərbə nəticəsində onları havaya uçurdu".