28 Oktyabr 2022 16:52
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransisk rahib və rahibələri internetdəki təhlükəli məzmunlar, xüsusən də pornoqrafiyaya qarşı xəbərdar edib.

Teleqraf.com xəbər verir ki, Papa Fransisk Katolik Kilsəsində dini təhsil alan tələbə, keşiş və rahibələrin qəbulunda internet resurslarından istifadə ilə bağlı sualları cavablandırıb.

Katoliklərin ruhani lideri bildirib ki, o, bu rəqəmsal dünyanın adamı deyil və hətta o vaxt hədiyyə olaraq aldığı telefonu geri qaytarıb.

“Bu, mənim dünyam deyil, amma siz ondan ehtiyatla istifadə etməlisiniz. Hər şey əlinizin altındadır. Kömək üçün istifadə edilməlidir. Bu, yaxşıdır. Amma siz də yaxşı bilirsiniz ki, rəqəmsal pornoqrafiya kimi bir şey var. Təəssüf ki, bu, bir çox insanın, o cümlədən keşişlərin, rahiblərin, dindarların sahib olduğu bir qüsurdur. Bu, ruhu zəiflədir. Şeytan oradan daxil olur. Bu, rahiblərin qəlblərini zəiflədir. Əziz qardaşlarım, diqqətli olun”, - Papa Fransisk bildirib.

Papa rəqəmsal və sosial şəbəkə dünyasında çox vaxt itirməmək lazım olduğuna da diqqət çəkib.

Kilsə doktrinası pornoqrafiyanı cinsi əxlaqa qarşı cinayət hesab edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər