31 Oktyabr 2022 11:22
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti Çinin bölgədə artan hərbi fəaliyyətinə və Şimali Koreyanın hədələyici raket sınaqlarına qarşı ucqar ərazilərinin müdafiəsi üçün həll yolları axtarır.

Teleqraf.com xəbər verir ki, mərkəzi hökumət bu məqsədlə hazırlandığı yeni yüksəksürətli raketlərin mənzilini artıracaq.

Müvafiq olaraq, yeni yüksək sürətli raketlərin mənzili Çin və Şimali Koreyanın sahil bölgələrini əhatə edəcək şəkildə təkmilləşdiriləcək.

Mənzili 1000 kilometrdən çox artırılacaq yeni raketlər Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları da daxil olmaqla ucqar ərazilərin müdafiəsi üçün istifadə olunacaq.

Prototipi hazır olan yeni raketlərin kütləvi istehsalına 2023-cü maliyyə ilindən etibarən başlanacağı və 2026-cı maliyyə ilində istifadəyə veriləcəyi bildirilir.

Yaponiya 2026-cı ilə qədər işlənib hazırlanmaqda olan özünün yerli “Standoff” raketlərini də istifadəyə vermək niyyətindədir. Bundan başqa, Yaponiya ABŞ istehsalı ortamənzilli “Tomahawk” qanadlı raketini almağı planlaşdırır.

Şimali Koreyanın ballistik raket sınağı keçirməsi bütün dünyanı, xüsusən də Yaponiyanı narahat edir. Yaponiya ərazisindən keçərək Sakit okeana düşən raket ölkədə panika yaradıb. Təşvişə düşən Yaponiyanın bəzi bölgələrində “binaları boşaldın” xəbərdarlığı edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər