Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı zamanı “taxıl dəhlizi”nin fəaliyyətini bərpa etməyin vacibliyini vurğulayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.
"Rusiyanın sırf humanitar fəaliyyət olan və münaqişə vəziyyətlərindən ayrılmalı olan taxıl tədarükü təşəbbüsündə iştirakını dayandırmaq qərarına yenidən baxılmalıdır", - deyə H.Akar bildirib.
Nazir qeyd edib ki, dünya ərzaq böhranının həllinə böyük töhfə verən, mövcud problemlərin əməkdaşlıq və dialoq yolu ilə həllinin mümkünlüyünü nümayiş etdirən taxıl təşəbbüsünün davam etdirilməsi böyük əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında regionda sülhün və humanitar yardımların əldə edilməsinə töhfə verməyə davam edəcək.