Türk kəşfiyyatı terror təşkilatı PKK/YPG-nin Derik təxribat batalyonu adlandırılan “Serdem Pir-Serhat Harun” kod adlı Ersin Şahini Suriyada keçirdiyi əməliyyatla məhv edib.
Teleqraf.com xəbər verir ki, Suriya sərhəd xəttində təhlükəsizlik qüvvələrinə qarşı bir çox silahlı və bombalı hücum əməliyyatına əmr verən “Serdem Pir-Serhat Harun” kod adlı Ersin Şahin hərəkət planlaması üçün olduğu sərhəd xəttində zərərsizləşdirilib.
MİT sərhəd xətti boyunca Türkiyəyə qarşı bir çox terror aktı törədən Ersin Şahini hərəkətlərinə görə hədəf siyahısına salaraq zərərsizləşdirmək üçün ətraflı araşdırmaya başlayıb. Sahə agentlərindən anında məlumat alan MİT Ersin Şahinin yerini təsbit etdikdən sonra ona qarşı xüsusi əməliyyat keçirib.
Qeyd edək ki, Ersin Şahin 2014-cü ildə PKK-ya qoşulmazdan əvvəl təşkilatın şəhər strukturunda fəaliyyət göstərib və çox gəncin təşkilata cəlb olunması üçün çalışıb. Sonradan Diyarbəkir və Şırnakın kənd yerlərində, habelə İraqın kənd yerlərində silahlı fəaliyyətlər həyata keçirib.
2017-ci ildə Suriyaya keçərək YPG-nin tərkibində fəaliyyətə başlayan terrorçu təxribat təlimi aldıqdan sonra Derikdəki təxribat batalyonunun rəisi təyin edilib.
Sərhəd xəttində Türkiyəyə qarşı əməliyyatların koordinasiya edilməsi, Suriyadan Türkiyəyə bombardman məqsədi ilə göndəriləcək təşkilatın ünsürlərinin seçilməsi, təchiz edilməsi və öyrədilməsi işlərində fəaliyyət göstərib.