11 Dekabr 2014 09:12
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Time jurnalı "Ebola" ilə mübarizə edən həkim və bacıları "bu ilin adamı" seçib.

Jurnalın redaktoru Nancy Qibbs, xüsusilə virusun təsir etdiyi Qərbi Afrika ölkələrində və dünyanın bir çox bölgəsində Ebola virusu ilə mübarizə edən "Sərhəd Tanımayan Həkimlər Təşkilatı", beynəlxalq yardım təşkilatı Samaritan Purse kimi bir çox qeyri-hökumət təşkilatında çalışan həkim və bacıları təbrik edib.

Virusla mübarizə edən həkim və bacıların böyük cəsarət və səbr göstərdiyini ifadə edən Qibbs, virusun təkcə vətəndaşlara deyil, bununla mübarizə edən həkim və bacılara də təsir göstərdiyini qeyd edib.

Qibbs, Sərhəd Tanımayan Həkimlər Təşkilatının könüllüsü olan və eyni zamanda Ebola ilə mübarizə edən Salome Karvahın bir həftə içərisində ana və atasını itirməsinə baxmayaraq xəstələrinə yardım etməyə davam etdiyini ifadə etdi.

"İlin adamı" siyahısında Ebola savaçılarından sonra Ferguson etirazçıları, Rusiya Prezidenti Vladimir Putin, Çinli sahibkar Jack Ma və İraq Kürd Regional Rəhbərliyi (IKBY) Başçısı Məsud Bərzani yer aldı. Time jurnalı ötən il Papa Franciscusu ilin adamı seçmişdi.


Müəllif: