5 Noyabr 2022 12:08
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vəzirabad və Qucrat arasında bir yerdə məni öldürmək planının olduğunu öyrənmişdim. Keçmiş Pəncab qubernatoru Salman Tasirə qarşı istifadə etməyə çalışdıqları üsullardan istifadə etdilər”.

Teleqraf.com xəbər verir ki, bunu sui-qəsdə məruz qalaraq yaralanan İmran Xan deyib.

Pəncab əyalətinin Vəzirabad şəhəri yaxınlığında naməlum şəxs konvoya atəş açıb və Xan ayağından yaralanıb. Səhhəti yaxşı olan Xan hücumdan sonra kameralar qarşısında çıxış edib və sui-qəsd planını əvvəlcədən bildiyini deyib.

İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatının (PTI) tərəfdarları Kəraçi şəhərində nümayiş keçirib. Polis nümayişin keçirildiyi ərazidə tədbir görüb.

Hazırkı hökuməti günahlandıran Xan deyib ki, onu xaricdə milyardlarla sərvəti olan Şərif ailəsi ilə müqayisə etmək olmaz.
Xan öz tərəfdarlarını etirazları davam etdirməyə çağırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər