Əfqanıstanın paytaxtı Kabildə hərbi avtomobilə intihar hücumu təşkil edilib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partlayış zamanı 6 nəfər öldürülüb, 11 nəfər ağır yaralanıb. Bu barədə Əfqanıstan Müdafiə Nazirliyindən açıqlama verilib. Nazirlik ölən və yaralananlar arasında dinc sakinlərin olmadığını bildirirlər.
Hücumu Taliban terror qruplaşması öz üzərinə götürüb. Talibanın sözçüsü Zabiullah Mücahid intihar hücumunda onlarca əfqan əsgərinin öldürüldüyünü iddia edib.
Samir