BƏƏ və ABŞ-dan sonra Çinin texnologiya şirkəti (CETC) də Türkiyə istehsalı “Bayraktar TB2” pilotsuz təyyarəsini kopyalayıb.
Teleqraf.com xəbər verir ki, CETC-nin istehsal etməyi planlaşdırdığı PUA-nın modelinin “Bayraktar TB2” ilə oxşarlığı diqqət çəkib.
51 milyard dollar büdcəsi olan şirkət “Zhuhai Airshow 2022” sərgisində türk PUA-sına çox oxşar modeli nümayiş etdib.
Bacarıqlarını dünyaya sübut edən “Bayraktar TB2” PUA-ları bundan əvvəl ABŞ ordusunun “radar”ına düşüb. Amerika Silahlı Qüvvələri “Bayraktar TB2”-yə bənzəyən “Penguin” pilotsuz təyyarəsi üçün müqavilə imzalayıb.
Ötən il BƏƏ-də keçirilən “Dubai Airshow”da görünən “Reach-S” modelinin də “Bayraktar TB2” ilə oxşarlığı diqqətdən yayınmamışdı.