15 Noyabr 2022 12:18
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva-Vaşinqton arasında kritik görüş baş verib.

Teleqraf.com xatırladır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns Ankarada rusiyalı həmkarı Sergey Narışkinlə bir araya gəlib.

Ağ Ev görüşün təfərrüatları ilə bağlı açıqlama verib.

Berns rusiyalı həmkarına nüvə silahından istifadə etməmələri ilə bağlı xəbərdarlıq edib. Bunun sülh görüşü olmadığını izah edən Vaşinqton Ukrayna hökuməti olmadan sülh danışıqlarının baş tutmayacağını da dilə gətirib.

Son zamanlar Rusiyanın nüvə silahı təhlükəsini gücləndirməsi Qərbi narahat edir.


Müəllif: Nemət

Oxşar xəbərlər