16 Noyabr 2022 20:08
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında paylaşım edib.

Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhəd ərazisinə iki raket düşüb.

Nəticədə iki dinc sakin həlak olub.

Rusiya Müdafiə Nazirliyi Polşaya atılan raketlərlə əlaqəsinin olmadığını və raket fraqmentlərinin Ukraynaya məxsus "S300" sistemlərinə aid olduğunu açıqlayıb.

Rəsmi Varşava insidentə görə Rusiyanı günahlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər