12 Dekabr 2014 09:09
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb və Avropanın sanksiyaları ilə üzləşən Rusiya Asiyanın nüvə ölkəsi olan Hindistana üz tutub.

Publika.az-ın məlumatına görə, Hndistanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin bu ölkənin baş naziri Narendra Modi ilə iki ölkə arasında enerji və müdafiə sahələrində əlaqələrin genişləndirilməsi məsləsini müzakirə edib.

Bağlı qapılar arxasında keçən görüşdən sonra tərəflər müzakirə olunan məslələr barədə jurnalistlərə geniş açıqlama verməyiblər. Qısaca olaraq görüşün əsasən hərbi əməkdaşlıq, fəza kəşfləri və yeni nüvə enerji stansiyalarının inşası sahələrini əhatə etdiyi bildirilib.

Hindistanın baş naziri Narendra Modi bildirib ki, Rusiya Hindistanın ən güclü müdafiə partnyoru olacaq. SSRİ dövründə zəyifləyən əlaqələrin imalancaq sazişlərlə yenidən gücləndiriləcəyini bildirib.

Rusiyanın enerji nəhəngi "Rosatom"un rəhbəri Sergey Kiriyenko isə Hindistanla imzalanan 100.3 milyard dollarlıq razılaşmaya əsaəsn 20 il ərzində 12 nüvə reaktorunun inşa ediləcəyini bildirib.

Rusiya təbii qaz və neft şirkəti "Rosneft" isə Hindistanın neft şirkəti "Essar Oil" ilə 10 illik tərəfdaşlıq razılaşmasına imza atıb. Eyni zamanda səfər çərçivəsində iki ölkə arasında almaz ticarətinə dair də razılaşma imzalanıb.


Müəllif: