Türkiyə daxili işlər naziri Süleyman Soylu alman həmkarı Nensi Fazerlə mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, nazir jurnalistlərin önündə alman həmkarına çox sərt reaksiya verib.
“İstiqlal” prospektində günahsız insanlar qətlə yetirildi. Heç kim onlara mütənasib güc tətbiq etmədi. Polşaya iki bomba düşdüyü üçün NATO ayağa qalxdı. Ətrafımızda terror dövləti qurmaq istəyirlər. Biz buna imkan verməyəcəyik”, - Soylu bildirib.
Almaniya daxili işlər naziri görüşdə Suriya və İraqda keçirdiyi antiterror əməliyyatlarına görə Türkiyəni əsassız ittihamlarla günahlandırmağa çalışıb.