Prezident Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsindəki son durumla bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Zelenski son bir neçə ildə olduğu kimi bu həftə də Donetsk cəbhəsində ən ağır toqquşmaların davam etdiyinə diqqət çəkib.
“Cəbhədə vəziyyət olduqca ağırdır”, - Ukrayna prezidenti bildirib.
Rusiyanın ötən həftə Ukraynada mülki və kritik enerji infrastrukturlarını yenidən bombaladığını deyən Zelenski hücumlar nəticəsində ölkədəki enerji problemlərinin həlli üçün ciddi səylər göstərildiyini açıqlayıb.
Zelenski Rusiyanın yeni hücumlara hazırlaşdığını iddia edib:
“Terrorçular yeni hücumlar hazırlayırlar. Biz bunu dəqiq bilirik. Və nə qədər ki, raketləri var, sakitləşməyəcəklər”.