28 Noyabr 2022 10:13
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyada hərbi əməliyyatları artırdığı vaxtda bölgədəki terror təşkilatlarının liderləri ABŞ və Rusiyanı müttəfiq kimi cəlb etmək üçün addımlar atırlar.

Teleqraf.com xəbər verir ki, Suriyadakı terrorçular əvvəl ABŞ-dan, indi isə Rusiyadan kömək istəyiblər.

Xatırladaq ki, Türk Silahlı Qüvvələrinin (TSQ) iki həftə əvvəl Suriyanın şimalında hava əməliyyatı keçirərək terror təşkilatlarını hədəf alması beynəlxalq diqqəti cəlb edib.

Noyabrın 13-də suriyalı terrorçu Əhlam Əlbəşirin İstanbulun ən məşhur bölgələrindən biri olan Taksim İstiqlal küçəsində 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən bombalı hücumundan sonra Ankara Suriya və İraqda hava əməliyyatına başlayıb. Hava əməliyyatından sonra terror təşkilatının lideri, “Mazlum Kobani” və “Mazlum Abdi” kod adlı terrorçu Fərhat Abdi Şahin dəstək axtarışına çıxıb. O, bu günlərdə ABŞ mətbuatına danışaraq prezident Co Baydenə müraciət edib. Məlum olub ki, Baydendən kömək istəyən Abdi dünən Rusiya rəsmiləri ilə masa arxasında oturaraq onları dəstəkləməyə razı salmağa çalışıb.

Livanda yerləşən “Al Mayaden”ə danışan mənbələr terror təşkilatının lideri ilə Rusiyanın Suriyadakı əməliyyatına rəhbərlik edən komandir Aleksandr Şayko ilə Həsəkədə görüşdüyünü bildirib. Xəbərdə “Türkiyənin mümkün quru əməliyyatı və ona qarşı görüləcək tədbirlərin müzakirə edildiyi” bildirilib. Ərəb mediasına danışan mənbələr də iddia edib ki, Şayko “Suriya ordusunu sərhədin 30 kilometr dərinliyinə yerləşdirmək” ideyasını gündəmə gətirib.


Müəllif: Nemət

Oxşar xəbərlər