Suriya Prezidenti Bəşər Əsəd Türkiyə ilə əlaqələr və müxtəlif mövzularda jurnalistlərlə üç saatlıq görüş keçirib.
Teleqraf.com xəbər verir ki, Suriya lideri görüşdə Türkiyə ilə əlaqələrə dair açıqlamalar verib.
Əsəd Ankara ilə danışıqların hazırda yalnız kəşfiyyat səviyyəsində olduğunu, amma ikitərəfli danışıqların səviyyəsinin tezliklə yüksələ biləcəyini deyib: “Türkiyədən söz yox, hərəkət gözləyirik”.
Suriya prezidenti Ankaradan gələn mesajlara da münasibət bildirib:
“Türkiyə Suriyanın tələblərini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirdi.
Ankara siyasi oriyentasiyasında bəzi ərəb ölkələrindən daha qətiyyətli ola bilər. Ancaq Türkiyənin mövqeyinin səmimi, yoxsa sadəcə siyasi manevr olduğuna qərar vermək mümkün deyil”.
YPG/SDQ terror təşkilatı ilə müəyyən təmasların olduğunu, amma heç bir irəliləyiş əldə edə bilmədiklərini söyləyən Bəşər ABŞ-la heç bir şəkildə təmasda olmadıqlarını vurğulayıb.