30 Noyabr 2022 09:42
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon sözçüsü, general Patrik Rayder bildirib ki, ABŞ hazırda Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemi vermək niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı xəbərlər dünya mediasının əsas gündəm mövzusudur.

Birqada generalı Patrik Rayder bildirib ki, Ukrayna ilə mütəmadi olaraq danışır və əlaqə saxlayırlar: “Mütəmadi olaraq tərəfdaşlarımızla müdafiə ehtiyacları ilə bağlı məsləhətləşirik. Hava hücumundan müdafiəni dəstəkləyən təşkilatlar var. ABŞ-ın Ukraynaya hər hansı “Patriot” batareyaları tədarük edib-etməyəcəyinə gəlincə, hazırda Ukraynaya “Patriot” batareyaları vermək planımız yoxdur, lakin biz bu danışıqları davam etdiririk”.

NATO baş katibi Stoltenberq isə “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya niyə tədarük edilmədiyi sualını cavablandırıb. Deyib ki, dəstək üçün “Ramşteyn” formatı kimi müxtəlif formalarda təmaslar davam edir və bu çərçivədə “Patriot” məsələsi də müzakirə olunur.


Müəllif: Nemət