30 Noyabr 2022 13:43
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Baş naziri Ulf Kristersson gələn ilin əvvəlində qüvvəyə minəcək yeni terror qanununun tətbiqinə yaydan əvvəl başlayacaqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir Finlandiya və İsveçin Stokholmda NATO-ya üzvlüklə bağlı Türkiyə ilə ikinci iclasını dəyərləndirib.

“Görüş məhsuldar keçdi. Türkiyə tərəfi ilk dəfə olaraq məmnunluğunu açıq şəkildə bildirdi”, - Kristersson söyləyib.

Hökumət başçısı yeni terror qanunundan da danışıb:

“Bu ilin əvvəlində qüvvəyə minəcək və terror təşkilatlarında fəaliyyətin qarşısını alan terror qanununun tətbiqinə yaydan əvvəl başlanacaq. İsveç Türkiyə ilə razılaşmaya əməl etməyə davam edir”.

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü nə vaxt təsdiq edəcəyini bilmədiyini deyən Kristersson bunu türklərin bildiyini vurğulayıb.

Digər tərəfdən, İsveç xarici işlər naziri Tobias Billström Rumıniyada türkiyəli və finlandiyalı həmkarları Mövlud Çavuşoğlu və Pekka Haavisto ilə görüşüb.

Görüşdən sonra açıqlama verən Billström deyib: “Görüş çox yaxşı və məhsuldar keçdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər