3 Dekabr 2022 11:57
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində ukraynalı uşaqları ruslaşdırmağa çalışırlar. Ukraynalı müəllimlərin əksəriyyəti onlarla əməkdaşlıq etməkdən imtina etdiyi üçün ruslar öz müəllimlərini gətirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri yanında Milli Müqavimət Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, Melitopol məktəblərində təbliğat aparmaq üçün ruslar Dağıstandan müəllimlər cəlb edir.

Ruslar müəllimlərə hərbi əməliyyatların iştirakçıları kimi artan maaş və müavinətlər vəd edir.

Milli Müqavimət Mərkəzinin məlumatına görə, paralel olaraq ruslar valideynləri təlimə buraxmayan və ya Rusiya təbliğat mərkəzlərinə yazılmayan uşaqları müəyyən etmək üçün reydlər keçirir. Rusların belə ukraynalıları valideynlik hüququndan məhrum edilməklə hədələdiyini bildirirlər.

Milli Müqavimət Mərkəzi müvəqqəti işğal olunmuş ərazinin sakinlərini Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edilənə qədər bölgəni tərk etməyə çağırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər