5 Dekabr 2022 16:52
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə sənayesinin nailiyyətləri dünyada danışılmağa davam edir.

Teleqraf.com xəbər verir ki, qardaş ölkədəki gəlişmələri yaxından izləyən yunan mətbuatı bu dəfə İndoneziyaya ixrac edilən ilk orta səviyyəli tank olan “Kaplan”a diqqət çəkib.

Yunan nəşrləri uğurla sınaqdan keçirilən və ordu tərəfindən təsdiqlənən “Kaplan”ın maraqlı xüsusiyyətlərə malik olduğunu yazırlar.

“Kaplan MT” qabaqcıl ballistik raketlər və minalardan mühafizə sistemləri ilə yanaşı, dizayn baxımından və geniş çeşiddə atəş gücündən istifadə etməyə imkan verən üstünlüyə malikdir. İstehsalçıların iddialarına görə, texnika piyada bölmələri üçün yaxından atəş dəstəyindən tutmuş daha böyük hədəflər üçün zirehli sursatlara qədər üstün taktiki və strateji hərəkətliliyə malikdir”, - məqalədə deyilir.

Tank yüksək və çətin relyefdə çox asan manevr qabiliyyətinə malikdir.

Türkiyə ordu tərəfindən sınaqdan keçirilmiş və təsdiqlənmiş dünyada ilk orta səviyyəli tank olan “Kaplan MT”nin İndoneziyaya təhvil verilməsinə başlayıb. Məqalədə “Kaplan”ın Türkiyədə tank kateqoriyasında ixrac edilən ilk texnika olduğu vurğulanır.

Bundan əlavə, “Kaplan”ın təkcə İndoneziyada deyil, Hindistan tərəfindən də böyük maraqla qarşılandığı vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu