7 Dekabr 2022 16:40
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Le Monde” qəzeti Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın uğurlu diplomatiyasına dair təhlil dərc edib.

Teleqraf.com xəbər verir ki, fransız nəşri Türkiyə liderinin Qərb dövlətləri ilə Rusiya, müharibənin tərəfləri olan Rusiya ilə Ukrayna arasında apardığı uğurlu balans siyasətinə diqqət çəkib.

Prezident Ərdoğanın böhranları fürsətə çevirməkdə məharətli olduğu vurğulanan məqalədə onun ən təhlükəli və çətin mövzuları “diplomatik akrobatika” ilə ən təcrübəli diplomatların qısqanclığına səbəb olacaq bir rahatlıqla həll etdiyi bildirilib.

“Özünəinamlı Türkiyə prezidenti alt-üst olmuş dünyanın natamamlıqlarına dalmağı bacarır”, - “Le Monde” qeyd edib.

Nəşrə görə, Ərdoğana qarşı çıxanlar belə bu mövzularda onunla həmfikir olduqlarını deyirlər.

Məqalədə Ərdoğanın ABŞ-ın keçmiş üç prezidenti - dindar demokrat Corc Buşu, özünü “İslam dünyasına açılan pəncərə” kimi görən Barak Obama və iş adamı Donald Trampı öz xəttinə çəkdiyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər