7 Dekabr 2022 23:19
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın paytaxtı İslamabaddakı ən böyük bazarda yanğın olub.

Teleqraf.com xəbər verir ki, İtvar bazarındakı yanğında 300-dən çox mağaza kül olub.

Yanğında insan itkisi olmayıb.

Bildirilir ki, bu mağazalarda xalçalar, qış geyimləri və ikinci əl mallar satılırdı.

Yanğının nəzarətə götürüldüyü qeyd olunub.


Müəllif: Teleqraf.com