Avropa Parlamentinin vitse-spikeri, yunan deputat Eva Kayli korrupsiya və çirkli pulların yuyulması istintaqı çərçivəsində Belçikanın paytaxtı Brüsseldə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, məsələ ilə əlaqədar Brüsseldə saxlanılan digər dörd nəfərdən birinin Kaylinin ortağı olduğu bildirilib.
Vitse-spiker saxlanıldıqdan sonra üzvü olduğu Yunanıstan Sosialist Partiyasından uzaqlaşdırılıb.
Belçikada polis korrupsiya və çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində Brüsseldə 16 ayrı əməliyyat keçirib. AP-in keçmiş üzvü Pyer-Antonio Panzeri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini, AP üzvünün köməkçisi və bir QHT rəhbəri də daxil olmaqla dörd şübhəli saxlanılıb.