10 Dekabr 2022 12:18
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri ötən sutka ərzində Luqansk və Donetsk vilayətlərinin bir çox yaşayış məntəqələrində Rusiya qoşunlarının hücumlarını dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələri ötən gün ərzində Ukraynaya 5 raket və 20-yə yaxın hava, həmçinin müxtəlif sistemlərdən 60-dan çox zərbə endirib.

Sumı, Xarkov və Zaporoje vilayətlərinin yaşayış məntəqələri də işğalçıların raket zərbələrinə məruz qalıb.

Baş Qərargah qeyd edir ki, Ukraynanın bütün ərazisində enerji sistemlərinə və kritik infrastrukturlara raket zərbələri təhlükəsi qalır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər