12 Dekabr 2022 10:40
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada çevriliş etmək iddiası ilə saxlanılan və özlərini “İmperiya Vətəndaşları” (Reyxsbürger) adlandıran qruplaşma üzvlərinin həbsindən sonra daxili işlər naziri Nensi Fayzer ölkədə silah qanunu ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Fayzer silah qanununun sərtləşdirilməsinin planlaşdırıldığını bildirib.

Fayzer 2000-ci illərin əvvəllərindən “Reyxsbürger”ə qoşulanların sayının 23 mini keçdiyini, qruplaşmanın tərəfdarlarının 10 faizinin isə zorakılıq tərəfdarı olduğunu deyib.

“Bunlar zərərsiz dəli adamlar deyil, şübhəli terrorçulardır”, - nazir vurğulayıb.

Federal Baş Prokurorluq dekabrın 8-də Bundestaqı ələ keçirməyi və hökuməti devirməyi planlaşdırdığı iddia edilən qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirib. İlkin olaraq 3000-ə yaxın polis 130-a yaxın məntəqədə axtarış aparıb, 25 nəfəri saxlayıb, 52 nəfər haqqında protokol tərtib edilib. Saxlanılanlardan 19-nun həbs olunduğu bildirilib. Uzun müddətdir alman polisinin radarında olan radikal sağçı “Reyxbürger” müasir Almaniya dövlətini tanımaqdan imtina edir.

Saxlanılanlar arasında ifrat radikal Almaniya üçün Alternativ (AfD) Partiyasının deputatı Bircit Malsak-Vinkemann və “Reyexbürger” təşkilatının lideri olduğu deyilən iş adamı Henrix Roys da var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər