15 Dekabr 2022 08:13
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ senatorları "TikTok" sosial şəbəkəsinin ABŞ federal hökumət qurumlarına məxsus iş elektron cihazlarında istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyiblər.

Teleqraf.com xəbər verir ki, respublikaçı senator Coj Houli (Missuri ştatından) tərəfindən hazırlanmış sənədin mətninə əsasən, proqram federal agentliklərə məxsus iş cihazlarından silinməlidir. Sənəd həmçinin "TikTok"un gələcəkdə yüklənməsini və bu cihazlarda istifadəsini qadağan edir.

Senat tərəfindən yekdilliklə qəbul edilən qanun layihəsi prezident Co Bayden tərəfindən imzalanmadan əvvəl ABŞ Nümayəndələr Palatasında nəzərdən keçirilməli olacaq.


Müəllif: Teleqraf.com