15 Dekabr 2022 14:16
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da növbəti prezident seçkiləri ilə bağlı keçirilən sorğuda Florida qubernatoru Ron Desantis keçmiş prezident Donald Trampı 23 xal qabaqlayıb.

Teleqraf.com xəbər verir ki, sorğunu Suffolk Universiteti keçirib.

Universitetin Siyasi Araşdırmalar Mərkəzinin direktoru Devid Paleoloqos bildirib ki, Respublikaçılar və mühafizəkar müstəqillər getdikcə daha çox Trampsız trumpizm istəyirlər.

Respublikaçı namizədlər arasında yüksələn ulduz kimi görünən Desantisin xüsusilə immiqrasiya və təhsil məsələlərində Tramp kimi həm sərt, həm də qəddar siyasətləri izlədiyi məlumdur.


Müəllif: Nemət

Oxşar xəbərlər