İsveçrə Ukraynada apardığı müharibə ilə bağlı Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulub.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb.
"Dekabrın 16-da Federal Şura Rusiyaya qarşı müəyyən sanksiya tədbirlərini təsdiqləyərək Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulub", deyə məlumatda qeyd olunub.