22 Dekabr 2022 08:15
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Roskosmos"un keçmiş rəhbəri Dmitri Roqozin Donetskdə otelin atəşə tutulması zamanı kürəyindən yaralanıb.

Teleqraf.com xəbər verir ki, “Roskosmos”un keçmiş rəhbəri xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.

Qeyd olunur ki, Roqozin hotelin birinci mərtəbəsində yerləşən restoranda doğum gününü qeyd edərkən məkana 155 mm-lik silahla atəşə tutulub.

Qeyd edək ki, Dmitri Roqozin Rusiyanın NATO-dakı daimi nümayəndəsi, Baş nazirinin müavini, Rusiya-Azərbaycan hökümətlərarası komissiyanın həmsədri, daha sonra isə "Roskosmos" dövlət korporasiyasının rəhbəri vəzifələrində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər