ABŞ-a səfəri göstərdi ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəni davam etdirmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Nəşrə görə, Zelenskinin ABŞ-a səfəri və ölkəsinə Amerika silahlarının yeni tədarükü tələbi yalnız hərbi əməliyyatların davam etdirilməsi ssenarisinə uyğundur.
“Zelenski Vaşinqtona səfəri zamanı daha çox və mümkün qədər tez silah tələb edib. Bu da Ukrayna liderinin hərbi əməliyyatları davam etdirmək istəyini göstərir”, - məqalədə deyilir.
Zelenski ABŞ Konqresindəki çıxışında müxtəlif kompromislər də daxil olmaqla sülh danışıqlarının başlanmasını rədd edib.
ABŞ Prezidenti Co Bayden də öz növbəsində ukraynalı həmkarının bu istəklərini dəstəkləyib və gələcəkdə də Kiyevə tam dəstək verəcəyini açıqlayıb.