Rusiyanın “Alfa” xüsusi təyinatlılarının keçmiş zabiti Mixail Bridasov Donetskdəki “Şeş-Beş” restoranında öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan məlumat verib.
Onun dediyinə görə, Bridasov “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozinin ad günü şənliyində sıradan çıxarılıb:
“Alfa”nın keçmiş zabiti Mixail Bridasov dekabrın 21-də Roqozinin Donetskdə “Şeş-Beş” restoranında keçirilən ad günü şənliyinə qatılmışdı”, - ukraynalı zabit deyib.
Keçmiş xüsusi təyinatlının ölümünü Roqozin də təsdiqləyib. Onun sözlərinə görə, Bridasov ona yaxın adam və şəxsi köməkçi olub.
Ukrayna ordusunun restorana endirdiyi zərbə nəticəsində Roqozinin özü də yaralanıb. O, qəlpə yarası alıb. Roqozinlə yanaşı, Luqanskdakı separatçı rejimin nümayəndəsi Vitali Xotsinko da yaralanıb.