Venesuela Prezidenti Nikolas Maduro 2019-cu ildə pisləşən münasibətləri yenidən normallaşdırmaq məqsədilə Braziliyaya yeni səfir təyin edib.
Teleqraf.com xəbər verir ki, Maduro diplomat Manuel Visente Vadelli yenidən Braziliyaya göndərir.
Vadell sonuncu dəfə San-Paulu şəhərində baş konsul vəzifəsində çalışıb.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər Braziliya prezidenti Jair Bolsonaronun 2019-cu ildə Venesuela müxalifətinin lideri Xuan Quaydonu Venesuelanın qanuni lideri kimi tanıdıqdan sonra pisləşib.