25 Dekabr 2022 21:35
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində əldəqayırma partlayıcının işə düşməsi nəticəsində azı 5 Pakistan ordusunun əsgəri həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata əsasən, insident vilayətin şərqində yerləşən Kəhan kəndi ərazisində baş verib. Bu kənddə Pakistanın Silahlı Qüvvələri dekabrın 24-dən terrorçulardan təmizləməyə çalışır.

Hücuma görə məsuliyyəti Pakistanda qadağan olunmuş "Bəlucistan Qurtuluş Ordusu" öz üzərinə götürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər