27 Dekabr 2022 21:42
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatını “təxribat” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Qriqoryana görə, Moskva İrəvanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də yaranmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir.

“Bu cür bəyanatları təxribat kimi qiymətləndirmək olar. Deyilənlər doğru deyil. Bunu Rusiya rəsmilərindən heç biri deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb”, – Peskov bildirib.


Müəllif: Teleqraf.com