"Ebola" virusundan ölənlərin sayı 6 915-ə çatıb, xəstəliyə yoluxanların sayı isə hazırda 18 603 nəfər təşkil edir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, Sierra-Leonedə virusa yoluxmanın intensivliyi azalsa da, ötən həftə bu ölkədə 327 nəfər xəstələnib. Onlardan 127-si paytaxt Fritaun sakinləridir. Bundan əvvəl Ebola-ya cinsi yolla yoluxmağın mümkünlüyü barədə məlumat yayılıb.