Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bağlı fikirlərini bölüşüb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, Putin Ankaraya səfəri zamanı Ərdoğana sanksiyalarla bağlı danışmamağı təklif edib: “Cənab Ərdoğana bəzi məsələlərlə bağlı danışmamağı təklif etdim. Düzdü, o, bunu etməyə bilərdi. Ancaq Ərdoğan bir az düşündü və razılığını bildirdi. O, çox güclü kişidir. Ərdoğan mənə dedi ki, biz kimdənsə nəsə oğurlamırıq, almırıq. Biz burada ikitərəfli münasibətlərimizi müzakirə edirik”.
Samir