19 Dekabr 2014 05:02
783
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belarusun baş naziri Mixail Myasnikoviç cari ilin 11 ayı ərzində ölkə iqtisadiyyatında müəyyən artımın olduğunu bildirərək, Belarusun əsas ticarət tərəfdaşı olan Rusiyada iqtisadi vəziyyətin narahatlıq doğurduğunu qeyd edib.

Teleqraf.com bu barədə "TASS"-a istinadən xəbər verir. “Cari ilin 11 ayının nəticələrinə əsasən, bizim iqtisadiyyatımızda müəyyən artım olub. Lakin Rusiya iqtisadiyyatında yaranmış vəziyyət bizim hökuməti narahat edir. Rusiya istiqamətində biz artıq 739 mln dollar itirmişik”, deyə Myasnikoviç qeyd edib.

Baş nazirin sözlərinə görə, ölkə itkiləri digər ölkələrə ixrac hesabına ilə kompensasiya edir.

“Hökumət bundan sonra da ixracın şaxələndirilməsi ilə məşğul olacaq”, deyə o qeyd edib.

Qeyd edək ki, Belarud prezidenti Aleksandr Lukaşenko bundan əvvəl Rusiya ilə hesablaşmaları dollar və avro ilə aparmaq niyyətində olduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər