20 Dekabr 2014 07:21
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqardla telefon söhbətində ölkəsinin daha çox maliyyə yardımına ehtiyacı olduğunu bildirib.

Teleqraf.com-un məlumatına görə, xəbəri Ukrayna Prezidentinin rəsmi saytı yayıb.

P.Poroşenko Ukraynanın BVF-u qarşısında götürdüyü öhdəliklərin davamlı şəkildə yerinə yetirildiyini vurğulayıb.

“Həmsöhbətlər Ukraynadakı iqtisadi vəziyyəti və BVF-un Stand-By proqramı çərçivəsində birgə öhdəlikləri müzakirə ediblər”, məlumatda qeyd edilir.

Poroşenko və Laqard həmçinin yaxın dövr üçün nəzərdə tutulan qarşılıqlı əlaqələrin qrafikini razılaşdırıblar.


Müəllif:

Oxşar xəbərlər