22 Dekabr 2014 19:28
2 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilk dəfə qərbli jurnalistin ölkəsinə salamat qayıtmasına icazə verib.

 

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, alman jurnalist Jürgen Todenhöfer İraq və Suriyada İŞİD döyüşçüləri ilə görüşüb.

 

İŞİD-in dini təmizlik həyata keçirməyi planlaşdırdığını deyən Todenhöfer terrorçuların bütün dinləri məhv etməyin lazım olduğuna inandıqlarını bildirib. O, İŞİD-in bütün dünyanı fəth etmək istdiyini və terrorçuların Quranı qəbul etməyən hər kəsi öldürəcəyi qeyd edib.

Alman jurnalistin sözlərinə görə, İŞİD Qərbin müdaxiləsi və hava əməliyyatları deyil, İraqdakı sünnilərlə müzakirələrdən sonra məhv edilə bilər.

Samir


Müəllif:

Oxşar xəbərlər