22 Dekabr 2014 23:55
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd Fəhlə Partiyasının (PKK) silahlıları Mardin vilayətində Türkiyə əsgərlərinə hücum ediblər.

Teleqraf.com-un "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, hücum nəticəsində 7 hərbçi yaralanıb.

Qeyd edək ki, son vaxtlar Türkiyədə PKK tərəfdarlarının fəallaşması müşahidə olunur.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.


Müəllif:

Oxşar xəbərlər