Bir neçə iranlı futbolçu şənbə günü İranın paytaxtı Tehranda həbs edilib.
Teleqraf.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, buna səbəb onların qadınların olduğu Yeni il şənliyində içki içmələri olub.
Məlumatda futbolçuların kimliyi və klublarının adları açıqlamayıb. Futbolçuların arasında Tehranın böyük klublarından birinin keçmiş oyunçusu da olub.