8 Yanvar 2023 00:01
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Ankara hesab edir ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı elan etdiyi atəşkəs 36 saatdan çox davam etməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“Hələlik bu məsələ ilə bağlı tərəflər vahid qərarı qəbul etməyib, bu da münaqişə tərəflərinin çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir. Türkiyə tərəfi hərbi əməliyyatların dayandırılması üçün dialoq şəraitinin formalaşdırılması üçün hər cür səy göstərməyə hazırdır”, - Kalın bildirib.

O, Ukraynanın atəşkəs məsələsində Rusiyanın ardınca getməsi ehtimalını istisna etməyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada tərəflər arasında bütün hərbi təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş versə də, Ukrayna prezidenti Vladimir Zelenski Putinin atəşkəs təklifini rədd edib.


Müəllif: Teleqraf.com