21 Yanvar 2023 19:12
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında İsveç rəsmiləri tərəfindən icazə verilən "Quranın yandırılması aksiyası"nı pisləyib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir bu əməlin “ksenofobiyanın və irqçiliyin” təzahürü olduğunu bildirib.

“Bu, İslam əleyhinə alçaq bir hərəkətdir. Nifrətin, ksenofobiyanın və irqçiliyin təzahürünün söz azadlığı ilə heç bir əlaqəsi yoxdur!” - deyə nazir qeyd edib.

Nazir İsveç hakimiyyət orqanlarının bu əmələ tədbir görəcəyinə ümid etdiyini bildirib və əks halda bu hərəkətin bütün dünyada “kəskin neqativ” reaksiyaya səbəb olacağını vurğulayıb.


Müəllif: Pərvin Cəfərova