İsrail Baş naziri Binyamin Netanyahu ölkənin İrana qarşı hərbi güc tətbiqini mümkün hesab edir.
Teleqraf.com xəbər verir ki, İsrail hökumətinin başçısı bu barədə CNN telekanalına müsahibəsində danışıb.
“Nəzarətə götürmə uğurlu alınmasa, hərəkətə keçməkdən başqa çarə qalmayacaq”, - baş nazir bildirib.
Netanyahunun sözlərinə görə, İran uduzacağı üçün müharibə istəmir və bu məsələyə çox həssas yanaşır.