25 Dekabr 2014 10:42
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda soyuq hava şəraiti 92 nəfərin ölümünə səbəb olub.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, rəsmilər bəzi yerlərdə temperaturun normadan 10 dərəcə aşağı endiyini bildirirlər. Yayılan xəbərlərə görə, təkcə son sutka ərzində 43 nəfər donvurmadan ölüb. Hökumət fəlakətin qarşısını almaq üçün 300 min dollar yardım ayırıb.

Ölkədə 150 qatarın hərəkəti təxirə salınıb. Bölgədə fövqəladə vəziyyət elan edilib.

Hakimiyyət dekabrın 28-dək məktəblərdə tətil elan edib. Sinoptiklər regionda anomal soyuq hava şəraitinin hələ bir neçə gün davam edəcəyini qeyd edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər