3 Fevral 2023 16:54
2 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası təxminən 2,2 milyard dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır, bu paketə Ukraynaya daha ​​uzunmənzilli raketlərin göndərilməsi də daxildir.

Teleqraf.com xəbər verir ki, paket bir neçə gün ərzində təsdiq olunacaq.

Paketdə Ukraynaya təxminən 150 kilometr mənzilli idarə olunan “Kiçik çaplı qurudan atılan bomba” da nəzərdə tutulub.

Rusiyaya raket hücumlarından daha yaxşı müdafiə etmək üçün Qərb ölkələrinin Ukraynaya göndərdiyi bütün müxtəlif hava hücumundan müdafiə sistemlərini birləşdirəcək avadanlıqlar da ABŞ-ın hazırladığı paket çərçivəsində Ukraynaya çatdırılacaq.

ABŞ-ın yardım paketinə Pentaqonun mövcud ehtiyatlarından çıxarılacaq 425 milyon dollarlıq sursat və dəstək avadanlığı və Ukrayna üçün yeni silahların alınması üçün istifadə edilən Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü vasitəsilə 1,75 milyard dollar yeni maliyyə vəsaiti daxildir.

Ukraynaya göndəriləcək daha ​​uzunmənzilli raketlər, hava hücumundan müdafiə sistemlərinin inteqrasiya avadanlığı, iki HAWK Hava Hücumundan Müdafiə Sistemi, zenit silahları və sursatları, pilotsuz uçuş aparatları (PUA) Ukraynanın Təhlükəsizliyə Yardım Təşəbbüsünün vəsaitləri hesabına maliyyələşdiriləcək.

ABŞ Ukraynanın Rusiya ərazisini hədəfə ala biləcəyindən və müharibəyə cəlb olunacağından ehtiyat edərək, Ukraynaya uzaqmənzilli raket sistemləri göndərməkdə uzun müddət tərəddüd edib.

Ukraynanın müdafiə naziri Oleksii Reznikov dünən verdiyi açıqlamada müttəfiqlərinin Ukraynaya uzaqmənzilli raketlər verəcəyi təqdirdə Rusiya ərazisinə hücum etməyəcəyinə zəmanət verməyə hazır olduğunu bildirib


Müəllif: Nemət

Oxşar xəbərlər