6 Fevral 2023 23:56
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov “uzaqdan iş rejimi”nə keçib. Dubay və Maldiv adalarında vaxt keçirir, oradan da yaxın qohumlarını Çeçenistanda rəhbər vəzifələrə təyin edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Unian” agentliyi məlumat yayıb.

Məlumata görə, Kadırov yanvarın 29-dan bəri kameralar qarşısına çıxmayıb. Çeçenistan rəhbəri həmin gün paytaxt Qroznıda bir açılışa qatılıb. Fevralın 2-də isə Teleqram kanalında Kadırovun Qroznıda olması ilə bağlı paylaşım edilib. “Unian”ın iddiasına görə, bu paylaşım əvvəlcədən hazırlanıb. Çünki Kadırov bir həftədən çoxdur “Qroznı” telekanalında görünmür.

Ukraynalı jurnalistlər bu müddət ərzində çeçenlərin liderinin harada olduğunu öyrənib. Fevralın 1-də onun RA-73417 nömrəli “Airbus ACJ319” təyyarəsi Moskvaya, oradan isə Maldiv adalarına gedib. Təyyarə yalnız fevralın 5-də Mahaçqala yaxınlığında görünüb, amma indi hazırda harada olduğu məlum deyil.

Ukrayna agentliyinə görə, Kadırov yanvar-fevral aylarında ən azı iki həftə Çeçenistanda olmayıb. İlin əvvəlində “Airbus ACJ319”u Dubayda olub. Bu müddət ərzində kameralar qarşısına çıxmayıb və “Qroznı” sadəcə Kadırovun sosial şəbəkələrdəki paylaşımlarından sitat gətirib.

İddiaya görə, respublika rəhbəri Maldiv adalarında olarkən öz qohumunu yüksək vəzifəyə təyin edib. Qardaşı oğlu Həmzət Kadırov Çeçenistanın əmlak və torpaq məsələləri naziri təyin olunub.

Çeçenistan lideri qərarını belə açıqlayıb: “Kimə güvənirəmsə, onu da təyin edirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu