Rus ordusu yeni genişmiqyaslı hücuma keçməyə tələsir. Onlar Qərbin ağır texnikası Ukraynaya gələnə qədər planlarını həyata keçirmək istəyirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Analitiklər bəzi rus millətçilərinin Rusiyanın fevralın sonunda uğurlu hücuma başlaya biləcəyinə şübhə ilə yanaşdığını müşahidə ediblər.
Belə ki, “Vaqner”ə bağlı hərbi təbliğatçı qeyd edib ki, Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimovun Ukraynada genişmiqyaslı hücum əməliyyatını həyata keçirməsi üçün vaxtı məhduddur.
Bununla yanaşı, separatçı İqor Girkin hesab edir ki, Rusiya sənaye və iqtisadiyyat üçün daha çox işçi qüvvəsini səfərbər etməyənə qədər Rusiyanın həlledici hücumu uğurlu olmayacaq. Onun sözlərinə görə, bunsuz hücum tezliklə kulminasiya nöqtəsinə çatacaq.
Hər iki müşahidə vurğulayır ki, Rusiya hərbi komandanlığı, ehtimal ki, Qərbin hərbi yardımının gəlişi və Ukraynaya aprel ayında baş tutacaq yaz mövsümü ərəfəsində həlledici hücuma başlamağa tələsir.