Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılması səylərinə kömək etmək üçün Türkiyəyə xilasedicilər göndərməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətindən yeri mətbuata verilən açıqlamada bildirilib.
“Baş nazirin (Nikol Paşinyan) Tvitterdə yazdığı kimi, Ermənistan Türkiyə və Suriyaya müvafiq yardım göstərməyə hazırdır. Bu istiqamətdə təşkilati işlər aparılır”, - məlumatda deyilir.
Açıqlamada o da qeyd edilib ki, söhbət həm də xilasedicilərin göndərilməsindən gedir.