7 Fevral 2023 16:40
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 6-da Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində Diyarbəkirdə yaşayan erməni müğənni Zilan Dəclə və əri də dağıntılar altında qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Diyarbəkirdə yaşayan erməni sənətçi Udi Yervand məlumat verib.

Onun sözlərinə görə, Zilan Dəclə və əri Çağdaş Cankaya hələ də dağıntılar altından çıxarılmayıb.

Zilan Dəclə 1972-ci ildə Diyarbəkirdə anadan olub. Həm anası, həm də atası tərəfdən erməni əsillidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər